Dünya

Paşinyan parlamentdə emosiyalarına hakim ola bilmədi

28 Oktyabr 2021 23:46
4 Şərh     Baxış: 1 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə ona ünvanlanan sualların qarşısında emosiyalarını cilovlaya bilməyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Paşinyan tribunadan çıxışı zamanı deyib:

"Siz özünüz də bilirsiniz, bu sualları niyə verirsiniz. Belə davranırsınız ki, guya sizdə hansısa informasiyanın olması təəssüratını yaradasınız. Bütün bunlar nə üçündür? Nəyi aydınlaşdırmaq istəyirsiniz? 100 dəfə soruşmusunuz, 100 dəfə də cavab vermişəm. Mən də deyirəm kapitulyant da sizsiniz. Deyin görüm, müdirinizin hesabında hazırda nə qədər pul var? Bu pullar vicdanla qazanılıb, yoxsa ordudan oğurlanıb?".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.