Böyük Britaniya 4250 il yaşı olan qızıl küpü Türkiyəyə qaytarıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya 4250 il yaşı olan qədim qızıl küpü Türkiyəyə qaytarıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Art Newspaper" nəşri məlumat verib.
Ekspertiza küpün Türkiyədən qeyri-qanuni aparıldığını müəyyən edib. Əvvəllər küp uzun illər dekorativ sənət əşyaları, o cümlədən qablar, gümüş və qızıldan hazırlanmış miniatürlər toplayan ingilis kolleksiyaçı biznesmen Artur Gilbert və onun həyat yoldaşı Rozalindanın şəxsi kolleksiyasında olub. 2008-2009-cu illərdə küp "Gilbert Trust for the Arts" fondunun dəstəyi ilə bütün kolleksiya ilə birlikdə Londondakı Viktoriya və Albert Muzeyinə bağışlanıb.
2018-ci ildə fond əşyalardan hər hansı birinin qeyri-qanuni yolla əldə edilib-edilmədiyini müəyyən etmək üçün kolleksiyanın auditini aparmağa qərar verib. Bu vəzifə Rozalinda və Artur Gilbert qalareyasının kuratoru Jak Şuxmaxerə həvalə olunub. Audit zamanı küpə diqqət yetirən J. Şuxmaxer onun qeyri-qanuni yolla əldə edildiyinə əmin olur.
Artur Gilbert küpü 1989-cu ildə Los-Ancelesdə antikvar satıcısı olan Bryus Maknolldan 250 min dollara alıb. Maknoll küpü Sürixdə yerləşən bərpaçı Frits Burkadan aldığını, onun isə İtaliyada məhkum edilmiş antik əşyalar satıcısı Cakomo Medici ilə əlaqəli olduğunu söyləyib.
Qədim küp Viktoriya və Albert Muzeyinin anbarında olmasına və heç vaxt ictimaiyyət qarşısında nümayiş etdirilməməsinə baxmayaraq, dərhal Gilbert Fonduna, oradan da Türkiyəyə qaytarılıb. Əsər hazırda Ankara Tarix Muzeyində nümayiş etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov
-
Universitetdən qovulan tələbə - “Məni belə yadda saxlayın” - (Video)
-
Bu ay 4 bürc pul içində üzəcək
-
Hande Erçel dəyişib belə oldu - (Foto)
-
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)





