Dünya

Rusiyada yanğın zamanı iki azyaşlı ölüb

23 Oktyabr 2021 08:12
0 Şərh     Baxış: 498
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Perm vilayətində fərdi yaşayış evində baş verən yanğın zamanı iki uşaq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın axşam saatlarında Nijnyaya Talitsa kəndinin Veresovaya küçəsində baş verib.

Ölən uşaqların bir və üç yaşlarında olduğu bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində hadisənin başvermə səbəblərini araşdırırlar.

Azyaşlıların ölüm faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin "ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.