Dünya

Meksikada sel nəticəsində 6 nəfər ölüb

7 Oktyabr 2021 22:53
0 Şərh     Baxış: 784
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Meksikanın Keretaro ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, daha bir neçə rayon sakini itkin düşüb.

Daşqınlar 11 bələdiyyədə 3.5 mindən çox yaşayış binasına ziyan vurub.

Daha çox Keretaro, Korrexidor, San-Juan-del-Rio və Tekisyapan ştatlarına maddi ziyan dəyib.

Hazırda hökumət qüvvələri ağır texnikadan istifadə etməklə təbii fəlakətin nəticələrini aradan qaldırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.