Dünya

Avropada ən ucuz spirtli içki Macarıstan, Rumıniya və Bolqarıstandadır

10 Sentyabr 2021 22:10
0 Şərh     Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa statistika agentliyinin məlumatına əsasən, (Avrostat), Avropada ən ucuz spirtli içki Macarıstanda, qiyməti Avropa İttifaqının (Aİ) orta qiymətindən 27,3 faiz aşağı, Rumıniyada 26,2 faiz aşağı və Bolqarıstanda 19,5 faiz aşağı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, spirtli içkilərin ən yüksək qiymətləri Norveçdə qeydə alınıb. Burada qiymət Aİ-də orta rəqəmdən 151,2 faiz çoxdur. Sonrakı yerlərdə İslandiya 139,4 faiz və Finlandiya 92,7 faiz çox göstərici ilə yerləşir. Agentliyin məlumatına əsasən, 2019-cu ildə Aİ-də spirtli içkilərin qəbulu göstəricisinə görə Danimarka (yetkin əhalinin 38 faizi ayda ən azı bir dəfə 60 qramdan çox təmiz etanol içib), Rumıniya və Lüksemburq ön yerlərdə yerləşib. Avropa İttifaqının yetkinlik yaşına çatmış 37,2 faizi gündəlik və ya ən azı həftədə bir dəfə spirtli içki qəbul edir.

Hər gün spirtli içki ən çox Portuqaliya, İspaniya və İtaliyada, daha az Latviya və Litvada qəbul olunur. Məlumata görə, Avropa İttifaqında gündəlik spirtli içki qəbul edənlər əsasən 74 yaşından yuxarı insanlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.