Muradovu ermənilər niyə istəmədi? - Yeni komandir kimdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda yerləşən rus sülhməramlılarının artıq öz missiyalarından başqa hər iş gördüyünə ölkənin birinci şəxsi səviyyəsində etiraz bildirilib.
Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən Rusiya sülhməramlıları ilk gündən ermənilərin hamisi qismində çıxış edib və erməni separatçılarını himayə etməklə məşğul olub.
Sülhməramlı - mülki əhalinin təhlükəsizliyini təmin etməlidir. Ancaq Rusiya sülhməramlıları Qarabağda erməni qanunsuz silahlı birləşmələrinin 10 noyabr 2020-ci il bəyanatına zidd olaraq qalmasına nəinki göz yumur, hətta onların "mövqe" tutmasına, Azərbaycan Ordusunun yerləşdiyi ərazilərə atəş açmasına vaxtaşırı şərait yaradır. Əvəzində isə bunu "atəşkəsin pozulması" kimi anormal bir açıqlama ilə izah etməyə cəhd göstərir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, rus sülhməramlıları Qarabağdakı ermənilərə həftədə 5 kq pulsuz ərzaq verir, orda mülki və ictimai obyektləri, o cümlədən məktəbləri təmir edir, dərs vəsaitləri, məişət avadanlıqları paylayır, ən ucqar yerlərdə belə ermənilərə təmənnasız tibbi xidmət göstərir və buna görə Rusiyadan həkim briqadaları gəlib; ermənilərin özlərinin basdırdığı minaları təmizləyir, hətta ermənilərin üzüm bağlarından üzüm dərməsinə yardım edir və s.
Rus sülhməramlılarının artıq bugündən keçmiş sayılan komandanı R.Muradov separatçı-terrorçu Araik Arutyunyan da daxil olmaqla, Qarabağdakı separatçılarla görüşür, bu görüşlərdə bəzən separatçıların bayraq adı verdiyi əski parçasının asılması halına da rast gəlinib; o, vaxtaşırı olaraq Ermənistan hərbi-siyasi rəhbərliyi ilə müzakirələr aparır. Elə ötən gün R.Muradov "vida" görüşünü də Ermənistanın müdafiə naziri Arşak Karapetyanla etdi.
R.Muradov və ümumiyyətlə, sülhməramlıların fəaliyyəti ilə bağlı bütün informasiyaları erməni mediası və rəsmi kanalları yayır. R.Muradov bu vaxta qədər ərazisində yerləşdiyi ölkənin mediasına bir dəfə də açıqlama verməyib, əvəzində Ermənistan mediasının suallarını həvəslə cavablayıb.
Rusiya MN-in mövqeyi də bəllidir: kazarma və hərbçilərin mənzil şəraiti üçün elan etdiyi tenderin həyata keçiriləcəyi yerin "Dağlıq Qarabağ respublikası" göstərilməsindən tutmuş Qarabağ iqtisadi zonasında qoruyub bəslədiyi separatçı-terrorçu ermənilərin Azərbaycan əsgərinə atəş açmasını "atəşkəsin pozulması", "erməni mövqeləri" və s. təqdim etməsinə qədər, bütün mövqe erməniyönlüdür. Rusiya MN sülhməramlı qüvvələrinin sanki Azərbaycan ərazisində yerləşdiyini "unudub".
R.Muradovun səlahiyyətlərinin başa çatması ilə bağlı Azərbaycanın müdafiə naziri və yaxud güc strukturlarından hansısa birinin rəhbəri ilə görüşdüyü barədə də məlumat yoxdur.
Başqa sözlə, Azərbaycan ərazisindəki rus sülhməramlıları özlərini gəldikləri ilk gündən Ermənistanın tabeliyində fəaliyyət göstərən hərbçilər kimi aparıblar. Onların yalnız bir hədəfi və məqsədi olub: nə yolla olursa-olsun, Qarabağda daha çox erməninin yaşamasını təmin etmək, erməni separatizminin məhv olmasına imkan verməmək, erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisində fəaliyyətini dəstəkləmək və onları qorumaq.
Maraqlıdır, bəs, niyə bu funksiyaları həvəslə yerinə yetirən Rüstəm Muradovun səlahiyyətinin bitməsi üçün ermənilər müraciət edir? Ermənistan rus sülhməramlılarından Azərbaycana qarşı daha hansı tələblər irəli sürür? Ermənilər Muradovdan nəyi ala bilməyiblər ki, yeni sülhməramlı komandan arzulayırlar? Niyə cidd-cəhdlə Muradovun dəyişdirilməsini tələb edirlər?
Bu məsələ ilk dəfə bu ilin may ayında ortaya çıxmışdı. Həmin vaxt yenə erməni mediası Rüstəm Muradovun istefa verəcəyini, yerinə Aleksey Avdeyevin təyin olunacağını yazmışdı.
R.Muradov haqda Azərbaycan cəmiyyəti məlumatlıdır. Onun sülhməramlıların komandanı olduğu 10 ay ərzində Azərbaycan ərazisində göstərdiyi fəaliyyət də hər kəsə bəllidir.
Bəs, onun yerinə gələcək Aleksey Avdeyev kimdir?
Avdeyev 17 may 1967-ci ildə Daşkənddə anadan olub. 1984-cü ildə Sverdlovskdakı Suvorov Hərbi Məktəbini bitirib. Ali hərbi təhsilini 1988-ci ildə Daşkənd Ali Komandirlər Məktəbində alıb. Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif vəzifələrdə xidmət edib.
1999-cu ildə Rusiya Silahlı Qüvvələrinin, 2008-ci ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi akademiyalarını bitirib. Baş Qərargahın Hərbi Akademiyasını bitirdikdən sonra Sibir Hərbi Dairəsinin motoatıcı diviziyasının komandiri təyin edilib.
2010-cu ilin ortalarında Sibir Hərbi Dairəsinin təşkilati və səfərbərlik işləri üzrə qərargah rəisinin müavini təyin olunub. 2011-ci ilin yanvarında Rusiya prezidentinin fərmanı ilə 41-ci ümumqoşun ordusunun komandir müavini vəzifəsinə yüksəlib.
2012-ci ildə Sankt-Peterburq 6-cı ümumuqoşun ordusunun Baş Qərargah rəisi, Qərb Hərbi Dairəsi komandanının birinci müavini təyin edilib. 2012-ci ilin dekabrında general-mayor hərbi rütbəsi alıb.
2014-cü ilin iyulundan 2017-ci ilin aprelinədək 29-cu ümumqoşun ordusunun komandanı vəzifəsini tutub. 2016-cı ildə general-leytenant hərbi rütbəsi alıb. 2017-ci ilin aprelindən 2018-ci ilin aprelinə qədər Qərb Hərbi Dairənin 1-ci tank qoşunlarının komandanı işləyib.
2018-ci ilin aprelindən 2019-cu ilədək Rusiya Ümumqoşun Hərbi Akademiyasının rəhbəri olub. 2019-cu ildən isə Cənub Hərbi Dairəsinin komandanının müavinidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
XƏBƏR LENTİ
-
Hidayət Heydərov dünya çempionatında növbəti qələbəsini qazandı
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb





