Dünya

"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir

5 Sentyabr 2021 17:07
0 Şərh     Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" Almaniya Federativ Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu hərəkatının nümayəndəsi Zabihullah Mücahid "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində bildirib.

"Almaniya ilə rəsmi şəkildə diplomatik əlaqələr qurmaq istəyirik. "Taliban" digər ölkələrdən olduğu kimi, Almaniyadan da maddi dəstək və humanitar yardım almaq, həmçinin sağlamlıq, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdi", - Mücahid vurğulayıb.

Qeyd edək ki, bu ilin avqustun 15-də Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra Almaniya Kabildəki səfirliyini bağlayıb.

Rəsmi Berlin son həftələrdə Dohada "Taliban"la danışıqlar aparır. Danışıqların mövzusu təxliyə şərtlərinin tərəflər arasında razılaşdırılmasıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.