ABŞ-ın Əfqanıstandan getməsindən sonra bu ölkədə Rusiya və Çin kimi ölkələrin tamamlaya biləcəyi vakuum yaranıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nəşnl İnterest" nəşrində yayımlanan məqalədə deyilir.
Bildirilib ki, uzun vədədə Pekin və Moskvanın fərqli hədəfləri olsa da, hazırda tərəflər Əfqanıstanda ABŞ-ı yenmək və iqtisadiyyatlarını gücləndirmək istəyir:
"Rusiya Talibanın hakimiyyətə gəlişini fürsət kimi dəyərləndirir. Moskva ilk növbədə sərhədlərin təhlükəsizliyinə diqqət ayıracaq, daha sonra isə Yaxın Şərqdə güclənməyə çalışacaq. Rusiya və Çin hər zaman həmrəy olmasa da, ABŞ varlığını minimuma endirmək həmişə ümumi hədəf olub. Mümkündür ki, Moskva və Pekin ABŞ-ın təmsil olunmayacağı beynəlxalq forumlarda birlikdə çalışacaqlar".
Milli.Az