Dünya

“Facebook” koronavirusla bağlı yalan məlumat yayan 18 milyon statusu silib

19 Avqust 2021 08:18
0 Şərh     Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkəti koronavirusla bağlı yalan məlumatlar yayan 18 milyon statusu silib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin qurucusu Mark Zukerberq CBS telekanalına müsahibəsində bildirib.

Sahibkar statuslar silinməmişdən əvvəl bu qeydləri görən istifadəçilərin sayını açıqlamayıb.

M.Zukerberq əlavə edib ki, yalan məlumatlar yaymaq şirkətin siyasətinə ziddir: "Platformamızda təhlükəli, yanlış məlumat görsək, onu silirik. Bununla belə yenə də "səhv" etməyə səy göstərənlər olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.