Dünya

41 yaşlı kişi onunla evlənmək istəməyən 16 yaşlı əmisi qızını güllələdi

18 Avqust 2021 06:37
1 Şərh     Baxış: 3 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

41 yaşlı kişi 16 yaşlı qızı onunla evlənmək istəmədiyi üçün silahla vurub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, hadisə Samsun şəhərində baş verib.

41 yaşlı kişi 16 yaşlı əmisi qızı ilə evlənmək istəyib. Buna razı olmayan əmisi qızını və əmisinin yoldaşını silahla vurub.
 
Belə ki, evə girən Erkan adlı şəxs özü ilə gətirdiyi silahla evdəkilərə atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb. Silah səslərini eşidən qonşular polis və təcili tibbi yardıma məlumat verib. Hadisə nəticəsində qadın ölüb, qız isə ağır yaralanıb.
 
Cinayəti törədən şəxs isə polis tərəfindən tapılaraq istintaqa cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.