Dünya

Aeroportda məşhər: Kabildən qaçan sevinir - VİDEO - FOTO

16 Avqust 2021 12:54
0 Şərh     Baxış: 3 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstan artıq bütünlüklə, tam olaraq "Taliban" hərəkatının nəzarətindədir. Əvvəlki hakimiyyətin mənsubları, xüsusilə də hərbçilər və məmurlar tələsik paytaxt Kabili tərk etməyə çalışırlar.

Onların arasında ölkədən qaçanlar və qaçmağa çalışanların sayı sürətlə artır.

Kabildəki beynəlxalq hava limanı indi apokalipsis meydanını xatırladır.

Hadisənin şahidlərindən birinin dediklərini təqdim edirik: "Hava limanına gəlmiş məmurlarla siyasətçilər üçün gizlicə oturma talonları hazırlanması barədə şayiə yayılan kimi xaos başlandı. Üç sabiq deputatı, bir neçə nazir müavinini və məşhurları gördüm. Hamısı növbədə durmuşdular. Bəzilərinin heç əvvəlcədən alınmış biletləri yoxdu. Təxminən 8 saat gözlədik. Sonra hava limanının əməkdaşları getməyə başladılar. Əvvəlcə qeydiyyat yerindən, sonra miqrasiya və pasport nəzarəti yerlərindən.

Şayiələr artdıqca hava limanındakı vəziyyət əsl xaosa döndü. Bəziləri limanı tərk etdi, bəziləri isə uçuş-enmə zolağına tərəf qaçmağa başladı. Pasport nəzarəti kabinlərində kimsə yoxdu. Turniketləri də sındırmışdılar.

Başajların yoxlanma yerində də kimsəni görmədik. Sadəcə, "geyt"lərə girdik və getməyə başladıq. İnsanlar son təyyarəyə tərəf qaçırdılar.

Əvvəlki təyyarəyə məmurlar doluşmuşdu və o, uçub getdi.

İnsanların can atdığı daha bir reys vardı. Çox pis basabas başlandı. Geri qayıtmağa məcbur qaldıq. Gördük ki, uçuş-enmə zolağında adamlar təyyarələrin altında oturublar. Onlar yer tuta biləcəklərinə ümid edirdilər.

İnsanlar şokdadır: bir təyyarədən o birinə tərəf qaçır, nə edəcəklərini bilmirlər.

Çıxışa tərəf gelənlə maşınların yanında silahlı adamları gördük.

İnsan seli burulğan kimi idi. Kimsə hava limanına tərəf qaçırdı, kimsə limandan çölə şığıyırdı. Amerikalılar havaya atəş açmağa başladılar.

Onlar insanların qarşısını almağa çalışırdılar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.