Dünya

Amerikalılar "kök pişik"lərə qarşı

1 May 2010 17:46
Baxış: 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həmkarlar təşkilatları və ictimai qurumların nümayəndələri bildiriblər ki, banklar gəlir hesabatlarına daha çox diqqət ayırmalı, onların fəaliyyəti nəticəsində sıravi amerikalıların böyük itkilər verməsinin qarşısı dərhal alınmalıdır.

"The New York Times" bildirir ki, ölkənin iri banklarının rəhbərlərini maliyyə terrorizmində suçlayan aksiya iştirakçılarının əllərində "Uoll-stritdəki "piyli pişik"lər daha da şişir!", "Uoll-Strit iqtisadiyyatımızı şişirdib!" və "Böyük bankların məsuliyyəti artırılmalıdır!" plakatları tutublar. "Onlar kreditlərin verilmə şərtlərinı hədsiz dərəcədə şişirdiblər. İndi pul yoxdur. Obamaya olan bütün ümidlərimiz ölür", - nümayişçilər deyiblər.

Yürüş iştirakçılarının bir qrupu özlərini "Başqa 98%" adlandıraraq rəsmi Vaşinqtonu və Konqresi yalnız varlıları yox, ölkə əhalisinin 98%-ni təşkil edən adi vətəndaşları nəzərə almağa çağırıb.

Aksiyaya qatılanlar ABŞ prezidenti Barak Obamadan yeni iş yerlərinin yaradılmasını və iqtisadi vətənpərvərlik nümayiş etdirməsini istəyiblər. Yürüş edənlər ABŞ Senatında ölkənin maliyyə sistemindəki islahatlarla bağlı qanun layihəsinin müzakirəsinin sürətləndirilməsini də tələb ediblər.

/Ekspress/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.