Dünya

Türkiyəli aktrisa: “Xahiş edirəm əllərimi qandallamayın” - VİDEO

11 Avqust 2021 15:30
3 Şərh     Baxış: 4 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Ayşegül Çınar hakim qarşısına çıxıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Çınar sevgilisi Furkan Çalıkoğlu ilə Karaköydə yerləşən otellərdən birində nahar edərkən gərginlik yaşanıb.

Belə ki, naharda yüksək səslə danışan Furkana işçi heyəti xəbərdarlıq edib. Daha sonra restorandakılarla Furkan arasında dava olub. Hadisə yerinə polis gəlib.

Çalıkoğlu onlara da qarşı çıxaraq müqavimət göstərib. Bundan sonra Furkanla sevgilisi Ayşegül Çınar polislər tərəfindən əlləri qandallanaraq bölməyə aparılıblar.

Həmin an aktrisa polislərə onun əlini bağlamamalarını xahiş edib:

"Çöldə jurnalistlər var. Xahiş edirəm əllərimi qandallamayın. Mən aktrisayam" - deyərək Ayşegül polislərə qəzəblənib.

Hakim qarşısına çıxan cütlük özlərini müdafiə etməyə çalışıblar. Furkan Çalıkoğlunun polislərə və restoran işçilərinə təhqir edib, söyüş söydüyü və müqavimət göstərdiyi üçün 1 il 10 aydan 6 ilə qədər həbsi tələb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.