Dünya

Əfqanıstanda "Taliban" liderlərindən biri məhv edilib

13 İyul 2021 08:18
0 Şərh     Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstan silahlı qüvvələrinin həyata keçirdiyi hava hücumu nəticəsində "Taliban" radikal hərəkatının liderlərindən biri məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yer alıb.

"Taliban"ın yüksək rütbəli komandiri Əzifə kimi də tanınan Əziz Rəhman bu gün Əfqanıstan Hərbi Hava Qüvvələrinin Lağman vilayətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb", - deyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilir ki, o, mülki şəxslərə qarşı həyata keçirilən çox sayda terror hücumlarında iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.