Dünya

Delta plyus ştammı dünyada üçüncü dalğaya SƏBƏB OLACAQ

5 İyul 2021 22:30
0 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun ilk dəfə Hindistanda ortaya çıxan son dərəcə yoluxucu "Delta" variantı dünyaya yayılmağa başladıqca, epidemiyada "üçüncü dalğa"nın yaşana biləcəyinə dair narahatlıqlar artıb.

Milli.Az bildirir ki, Hindistanda mart ayında başlayan və gündəlik xəstəlik sayını 400 minə çatdıran ştamm Britaniyada dominant növə çevrilib. Ölkədə yay başlayandan yoluxma sayında ciddi artım nəzərə çarpır.

1 iyun tarixində 3 mindən bir qədər çox olan gündəlik yoluxma sayı 1 iyulda 27 561-ə çatıb.

İlk dəfə Britaniyada ortaya çıxan son dərəcə yolxucu olan, qış aylarında ölkədə xəstəlik sayını artıran "Alpha" variantı "ikinci dalğa"ya səbəb olub.

Britaniyada ikinci və üçüncü epidemiya dalğalarının inkişafı ilk ayda araşdırılarkən məlum olub ki, xəstələrin sayında paralel artım var. "Delta" variantında isə məsələ bir qədər fərqlidir. Belə ki, bu ştamda daha çox ölüm müşahidə olunur.

Hindistanda və Britaniyada yoluxanların 90 %-də "Delta" ştammı müəyyən edilib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.