Dünya

Ekspert: koronavirusun "Delta" ştammı dünyada dominantlıq edə bilər

25 İyun 2021 23:15
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun "Delta" ştammı dünyada dominantlıq edə və bir çox ölkələrə yayıla bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin xəstəliklərə nəzarət və onların profilaktikası üzrə Mərkəzinin əməkdaşı Fen Szıszyan CCTV telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu ştammın yüksək yoluxuculuğu virusun canlı qalmasına və daha sürətli templə yayılmasına səbəb olur.

Bir müddət öncə Çinin cənubundakı Quandun əyalətinin Şençjen şəhərində "Delta" ştammına bir neçə yoluxma hadisəsi qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, ilk dəfə Hindistanda aşkar edilən COVID-19 infeksiyasının "Delta" ştammı artlq dünyanın 85-dən çox ölkəsində yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.