Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətinə etirazlarını bildiriblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları azərbaycanlı jurnalistlərin və yerli məmurun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində həlak olması ilə bağlı bəyanatla çıxış ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Moskva Azərbaycanlıları İcması"nın rəhbəri Şamil Tağıyev, "Perm vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri Çingiz İsayev, "Orenburq Azərbaycanlılarının Milli Konqresi" təşkilatının sədri İlkin Kərimov, "Azəri" Milli-Mədəni Birliyinin sədri Ağababa Dadaşov, "Dostluq" Primorsk-Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramiz Zeynalov, "Samara vilayəti Azərbaycanlılarının Liqası" ictimai təşkilartının sədri Şirvan Kərimov, "Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov və "Azərbaycanlıların Konqresi" Şimali Osetiya Regional Milli Mədəni ictimai təşkilatının fəxri prezidenti Şahin Məmmədovun imzaladıqları bəyanatda bildirilib ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşma sazişindən indiyədək 120 nəfər azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və yaralanıb.
Diaspor təşkilatlarının rəhbərləri təəssüflə qeyd ediblər ki, beynəlxalq qurumların təmsilçiləri Ermənistan hakimiyyətinin mina xəritələrini verməkdən imtina etməsini və beynəlxalq öhdəliklərini pozmasını sükutla izləyirlər. İrəvanın mənəviyyatdan və insansevərlikdən kənar hərəkətlərinə fikir verilmədiyi zaman isə Qarabağda günahsız insanlar həlak olur, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması imkanları qeyri-reallığa çevrilir.
Bəyanatda rəsmi İrəvanın antihumanist siyasəti hiddətlə pislənilib və beynəlxalq ictimaiyyətdən Ermənistan hakimiyyətini öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyə məcbur etmək tələb olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Paşinyan rus dili kursuna gedir
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
XƏBƏR LENTİ
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir





