Dünya

Çində əhaliyə COVID-19-a qarşı vurulan peyvəndin sayı 800 milyon dozanı ötüb

9 İyun 2021 22:10
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 808 milyon doza peyvənd vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Son günlər Çinin cənubundakı Quandun vilayətində az sayda yoluxmaların qeydə alınması fonunda sakinlərin vaksinasiya ilə bağlı müraciətlərinin sayı sürətlə çoxalıb. Belə ki, vaksinasiyanın ötən ilin dekabrın sonunda əhalinin xüsusi risk qrupunu əhatə edən birinci mərhələsinin, fevralda isə könüllülük prinsipi əsasındakı başlayan 2-ci mərhələsinin gedişində mayın 17-dək əhaliyə 400 milyon doza vaksin vurulmuşdu. Son 23 gün ərzində əhalinin könüllü müraciəti əsasında 400 milyondan çox əlavə peyvəndin vurulması insanların vaksinasiyaya marağının artmasının göstəricidir.

Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Bu məqsədlə müvəqqəti peyvənd məntəqələrinin sayı artırılıb, bəzi şəxslərə evlərində vaksin vurulur. Bundan başqa, mobil vaksin avtobusları da fəaliyyət göstərir.

Qeyd edək ki, Çində vaksinasiya prosesində "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.