Dünya

Demokratlar Cozef Baydeni yoxsul ölkələrə daha çox peyvənd göndərməyə çağırıb

4 İyun 2021 21:45
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Otuz demokratdan ibarət konqresmenlər qrupu dünyada COVID-19 əleyhinə vaksin çatışmazlığı problemini həll etmək istiqamətində fəaliyyət göstərməsi üçün ABŞ Prezidenti Cozef Baydenə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktub müəllifləri Ağ evin başçısını dünya əhalisinin vaksinasiyası üzrə cəsarətli və əhatəli strategiya irəli sürmək, dünyada peyvənd çatışmazlığını aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırıblar.

"Dünya gözləyə bilməz. ABŞ-ın sürətlə hərəkət etməsi və arsenalındakı bütün vasitələrdən istifadə etməsi çox vacibdir", - deyə qanunvericilər bildiriblər. Onların fikrincə, Cozef Bayden administrasiyası ehtiyacı olan ölkələrə COVID-19 əleyhinə 80 milyon vaksin dozası göndərməli və peyvəndlər üzrə qlobal sammit təşkil etməlidir.

Bir müddət öncə Prezident Cozef Bayden ABŞ-ın 25 milyon vaksin dozası ianə edəcəyini bildirib. Onların təxminən 75 faizi Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramına ayrılacaq, digər hissəsi isə birbaşa seçilmiş ölkələrə göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.