Dünya

Filippin prezidenti "Yeni Xalq Ordusunun" yaraqlılarını öldürmək barədə göstəriş verib

12 May 2021 21:30
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippin prezidenti Rodriqe Duterte hökumət qüvvələrinə radikal solçu "Yeni Xalq Ordusunun" (YXO) yaraqlılarını yerindəcə öldürmək barədə göstəriş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Filippinin dövlət başçısı Mindanao əyalətinə səfəri zamanı bəyan edib.

R.Dutertenin sözlərini sitat gətirən "Manila Bulletin" nəşri yazır: "YXO-nun nümayəndələrinə gəlincə, mənim əmrim onları məhv etməkdir. Əgər siz YXO-nun nümayəndəsinin silah gəzdirdiyini görürsünüzsə, onu öldürün. Başqa heç nə demək lazım deyil, əks halda o, sizi öldürəcək".

Qeyd edək ki, Filippin prezidenti 2017-ci ildə Maoçu Filippin Kommunist Partiyasının silahlı qanadı olan YXO-nu terrorçu təşkilat elan edib. Həmin vaxt hərbçilərə və mülki vətəndaşlara qarşı törədilən qanlı cinayətlər səbəbindən R.Duterte sülh danışıqlarını dayandırmağı da əmr edib. 2020-ci il dekabrın 9-da Filippin Antiterror Şurası YXO-nu respublikanın terrorçu təşkilatları siyahısına daxil edib. Ötən ilin martında isə, Filippin lideri orduya bu yaraqlılara atəş açmaq və onları öldürmək barədə göstəriş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.