Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1806 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 317 719, xəstəlikdən ölənlərin sayı isə 4227 nəfərə çatıb.
Milli.Az