Dünya

Moskvada "hazır" mənzillər tikiləcək - FOTO

30 Aprel 2021 21:59
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada "hazır" mənzillərin istehsalı üçün zavodun inşasına başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Moskva hökuməti tərəfindən Maruşkinski qəsəbəsində 24,8 hektar ərazidə mənzilin yığılması üçün böyük ölçülü modulların istehsalı məqsədilə robot zavodunun tikilməsinə icazə verilib. Bina tikintisində istifadə ediləcək yeni modullar inşaat keyfiyyəti baxımından Sovet "panelləri"ndən əhəmiyyətli dərəcədə fərqlənəcək.

Mənzil modulları əraziyə hazır şəkildə çatdırılacaq. Hər mənzil-modulun sahəsi təqribən 100 kvadratmetrdir. Burada yaşayış sahəsi üçün lazımi mühəndislik və sanitariya kommunikasiyaları həyata keçiriləcək.

Yeni modulların köməyi ilə 22 mərtəbəli bina 20 gündən az bir müddətdə yığılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.