Beynəlxalq maliyyə təşkilatları Gürcüstanla bağlı proqnoz göstəricilərini azaldıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq maliyyə və kredit təşkilatları koronavirus pandemiyası fonunda Gürcüstanın iqtisadi artım tempi ilə bağlı proqnoz göstəricilərini azaldıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq maliyyə institutlarının hesabatlarında bildirilir. Dünya Bankının proqnozlarına görə, Gürcüstan iqtisadiyyatının 2019-cu ildəki səviyyəyə qayıdacağı barədə ehtimallar çox azdır. Gürcüstan iqtisadiyyatının 2019-cu il səviyyəsinə qayıtması 2022-ci ilin sonuna qədər mümkün olmayacaq.
Bankın hazırladığı hesabatda deyilir ki, COVID_19 pandemiyası Gürcüstan iqtisadiyyatına çox güclü zərbə vurub. Ölkə daxilində hərəkətin məhdudlaşdırılması, xarici turistlərin ölkəyə girişinin dayandırılması və xarici valyuta axınının azalması 2020-ci ildə ölkə iqtisadiyyatının 6,2 faiz azalmasına səbəb olub. Ölkədə yoxsulluq həddi 5,4 bənd artıb. Ən ciddi problem iş yerlərinin bağlanmasında və gəlirlərin azalmasında yaranıb. Eyni zamanda, Gürcüstanın dövlət borcu müəyyən olunmuş limiti keçib, yaranmış böhran fiksal və xarici ticarət balansa da mənfi təsir göstərib.
Bildirilir ki, Gürcüstanda iqtisadi artım 2021-ci ildə 4 faiz, 2022-ci ildə isə 5 faiz proqnozlaşdırılıb.
"Bu proqnozlara baxmayaraq, ölkənin iqtisadi artımının 2019-cu ildəki səviyyəyə qayıtması 2022-ci ilin sonuna qədər mümkünsüzdür. Bu da beynəlxalq turizmin inkişafından sonra mümkün ola bilər", - deyə hesabatda deyilir.
Beynəlxalq Valyuta Fondu (IMF) da Gürcüstanın iqtisadi artım proqnozlarını azaldıb. Fond öz hesabatında 2021-ci il üçün Gürcüstanın iqtisadi artım tempi üzrə proqnozunu 4,3 faizdən 3,5 faizə endirib. Hesabatda Gürcüstanın iqtisadi artım tempinin 2022-ci ildə 5,8 faiz, 2023-cü ildə isə 5,5 faiz olacağı bildirilir.
Qeyd edək ki, Gürcüstan hökuməti isə cari ildə ölkədə ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)





