Dünya

Aİ rəhbərliyi Ərdoğanla görüşdü

6 Aprel 2021 16:29
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter" hesabında bildirib.

Şarl Mişel görüşdə Türkiyə və Aİ-nin gələcək əlaqələrinin müzakirə olunacağını deyib.

"Daha konstruktiv gündəm yaratmaq üçün gərginliyi davamlı olaraq azaltmaq lazımdır", - deyə Aİ rəsmisi qeyd edib.

Qeyd edək ki, görüş Aİ institutlarının rəhbərlərinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.