Kreml “İsgəndər-M”lərin Ermənistana satışı barədə araşdırma başlatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat Departamenti Ermənistana qanunsuz ötürülmüş və Qarabağda tətbiq edilmiş "İsgəndər-M" raketləri ilə bağlı təhqiqat başladıb. Məlum olub ki, həmin raketlər Qırmızı bayraqlı Suvorov ordenli Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib, Livan və Rrusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülüb. Bu, Rusiya hərbi və xüsusi xidmət dairələri tərəfindən olduqca sərt cavab tələb edən situasiyadır.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ötən ilin payızında Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana Rusiyadan qanunsuz silah təchizatı barədə bəyanatından sonra Rusiya Müdafiə Nazirliyinin bəzi məmurlarının bu işə cəlb olunması ilə bağlı xidməti araşdırma başladılıb. Araşdırma şok nəticələr üzə çıxarıb.
Hərbi dairənin raket-artilleriya silahları anbarından verilmiş şübhəli qaimələr, hərbi-nəqliyyat aviasiyasının Ermənistana tərəf izahedilməz reysləri, nəhayət Rusiyada yaşayan erməni biznesmen Karen Karapetyanın "metallom" qiymətinə aldığı İl-76 təyyarəsi əks-kəşfiyyat əməkdaşlarında şok effekti yaradıb.
Rusiyadan muzdluların və silahların Qarabağa göndərilməsi, bəzi məmurların bank hesablarındakı köçürmələr barədə FTX-nin ərazi idarələrindən daxil olan məlumatlar bir infomasiya axınına cəmləşdirilib, ümumi mənzərə yaranıb.
Məlum olub ki, Cənub hərbi dairəsində Rusiyadakı erməni diaspour Ermənistana qeyri-leqal silah təchizatı üçün öz şəbəkəsini qurub. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, erməni diasporunun və onunla bağlı olan adamların hərəkətləri bütün qırmızı xətləri keçib. İctimai-siyasi fəaliyyətlə bir araya sığmayıb və dövləti xəyanət sayıla bilər.
Tank əleyhinə raket kompleksləri, hava hücumundan müdafiə raket kompleksləri, onlara aid raketlər və ən azından üç "İsgəndər-M" raketi, üstəlik minalar, patronlar, atıcı silahhlar Rusiya hərbi dairəsinin anbarlarından iri miqyasda Ermənistana ötürülüb.
Pullarını isə Krasnoyarskdan, Krasnodar vilayətindən, Tula, Orlov vilayəti, Moskva, Sankt-Peterburq və hətta Xabarovskdan olan erməni biznesmenlər öz hesablarından ödəyib. Ticarət mərkəzləri, tikinti kontorları, hər cür mallar satan erməni dükanları-hamısı bu sxemdə yer alıblar. Lakin erməni xəsisliyi bu işdə də özünü göstərib. "İşlər belədir ki, onlar bir çox şeylər alıblar, dərk etməyiblər ki, istər "Kornet" olsun, istər "İsgəndər", mürəkkəb idarəetmə, tuşlama və digər sistemlər tələb edir. Bu mürəkkəb sistemləri almaqda xəsislik ediblər, fikirləşiblər ki, düyməni basdın, vəssalam, raket gedib hədəfə dəyəcək",-Rusiya hərbi-sənaye çevrələrindəki bir mənbə haqqin.az-a deyib.
Mənbələrimiz bildirir ki, FTX və Müdafiə Nazirliyinin rəhbərliyi "İsgənər-M" raketlərinin Ermənistana qanunsuz təchizatı ilə bağlı ölkə rəhbərliyinə məruzə ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Tehrandan nüvə təhdidi
-
Putinin istirahət günü yoxdur - Peskov
XƏBƏR LENTİ
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün





