Dünya

Rejissor Hollivud ulduzunu aldadıb SOYUNDURDU

27 Mart 2021 15:55
Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

63 yaşlı Hollivud ulduzu Şeron Stoun memuarlarını çap etdirib.

Milli.Az Lent.az istinadla xəbər verir ki, aktrisa "The Beauty of Living Twice" adlı kitabında "Əsas instinkt" filmində çəkildiyi məşhur səhnə barədə həqiqətləri yazıb.

Aktrisanın yazdığına görə, həmin səhnədə o tamam çılpaq çəkilməli deyildi-belə danışılmışdı. Açıq səhnənin çəkilişi vaxtı rejissor onu inandırıb ki, əynində olan yeganə alt paltarını da çıxartsın, çünki paltar parıltı varir və onun çılpaq olmadığı bilinir.

Şeron Stoun da paltarı soyunub. Filmə baaxış vaxtı aktris agörüb ki, onun bütün orqanları çılpaq görünür, rejissor isə görünməyəcəyini demişdi. Aktrisa dərhal vəkilinə mürciət edir. Vəkil Gildiya qanunlarının onun tərəfində olduğuna görə  məhkəməyə müraciət edə bildiyini söyləyib. Filmin taleyi Şeron Stoundan asılı qalıb.

"Əslində mən bilirdim hansı filmə çəkildiyimi, bu film, bu rol üçün mübarizə aparmışdım və rejissor məni müdafiə etmişdi. İndi film hazır olan vaxt onun ekranlaara çıxmasına mane olmaq mənim tərəfimdən rejissora qarşı haqsızlıq olardı".

"Əsas instinkt" filmi və Şeron Stounun oynadığı Ketrin obrazı dünya kinematoqrafiyasının uğurlarından sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.