Dünya

Ərdoğan Merkellə görüşdü

5 Mart 2021 19:49
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə videokonfrans formatında görüş keçirib.

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, görüşdə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, AKP sözçüsü Ömər Çelik, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın iştirak ediblər.

Görüş zamanı Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə olunub. Ərdoğan Merkellə davamlı olaraq təmas qurulmasına və dialoqun aparılmasına əhəmiyyət verdiyini vurğulayıb. Türkiyəli lider pandemiya ilə mübarizədə müsbət irəliləyişlərlə aprel ayında iki ölkə arasında turizm əlaqələrinin maneəsiz və etibarlı şəkildə başlayacağına inandığını söyləyib.

Ərdoğan, həmçinin, Suriyaya könüllü geri qayıdış məsələsində Avropa Birliyinin maliyyə və texniki dəstək göstərməli olduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.