Dünya

Qadın yeni dünyaya gətirdiyi körpəsini paltar şkafında gizlətdi, çağa öldü

28 Fevral 2021 09:57
Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində körpəsinin ölümünə səbəb olan qadın 25 il azadlıqdan məhrum edilib.

"TRT Haber" məlumat verir ki, 22 yaşlı Özgə Ö. evdə dünyaya gətirdiyi körpəsini paltar şkafına qoyub. Yenidoğulmuş havasızlıqdan və aclıqdan həyatını itirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Özgə Ö. ifadəsində deyib ki, qorxduğu üçün hamiləliyini ailəsindən gizlədib: "Məni rədd edəcəklərindən qorxdum. 17 yaşım var idi. Məntiqli düşünə bilmirdim. Körpəni dolabın içinə qoydum ki, ailəm görməsin. Reaksiya verəcəklərindən qorxurdum. Çox peşmanam. Sərbəst buraxılmağımı istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.