Dünya

Gürcüstanda pandemiya ilə əlaqədar məhdudiyyətlər ləğv olunur

24 Fevral 2021 18:59
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyət aradan qaldırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edilib.

Bildirilir ki, qərara əsasən, fevralın 25-dən ölkədə şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

Bundan başqa, sabahdan ölkə üzrə dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər.

Martın 1-dən dövlət və özəl uşaq bağçaları açılacaq, martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək.

Qərara əsasən, martın 15-dən teatrlar, idman klubları, peşəkar ansambllarda məşq və təlimlərin keçirilməsi mümkün olacaq, aprelin 1-dən isə fəaliyyət tam bərpa olunacaq.

Martın 15-dən, həmçinin ali məktəblərdə əyani tədrisə başlanılacaq.

Muzey və kitabxanalar isə fəaliyyətlərini martın 1-dən etibarən bərpa edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.