Dünya

Vyana şəhərinin mərkəzində noyabr terrorunun qurbanlarının xatirəsi əbədiləşdirilib

24 Fevral 2021 19:19
Baxış: 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyana şəhərinin mərkəzində ötən il noyabrın 2-də törədilmiş terror aktının qurbanlarının xatirəsi əbədiləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisənin törədildiyi meydanların birində xatirə lövhəsi olan qranit abidənin açılışı keçirilib. Mərasimdə Vyana şəhərinin meri Mixael Ludviq dörd nəfərin ölümü və 20-dən artıq şəxsin yaralandığı terror aktını pisləyib, bu abidənin timsalında Vyana sakinlərinin dünyada günahsız ölən bütün insanların xatirəsini andıqlarını və terror aktlarına qarşı çıxdıqlarını bildirib.

Qeyd edək ki, sonradan İŞİD-ə rəğbət göstərdiyi məlum olan terrorçu şəhərin mərkəzi meydanlarında cinayət hadisəsini törətdiyi vaxt polislər tərəfindən zərərsizləşdirilib. O, polislərlə atışdığı zaman iki türk və bir ərəb gənc həyatlarını təhlükəyə ataraq yaralı polisə və mülki şəxslərə yardım göstərib, onu atışma ərazisindən çıxararaq təcili yardım maşınına çatdırıblar. Gənclər müsəlmanların hər zaman terror aktlarına qarşı çıxdıqlarını öz əməlləri ilə bariz şəkildə nümayiş etdirib və buna görə ölkə mətbuatında əsl qəhrəmanlar kimi təqdim olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.