Dünya

Rusiyada terror aktları törətməyi planlaşdıran 19 ekstremist həbs edilib

17 Fevral 2021 13:44
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Qafqaz regionunda diversiya və terror aktları törətməyi planlaşdıran 19 islamçı ekstremist saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada qadağan olunmuş "ət-Təkfir val-Hicrə" təşkilatının regionlararası ekstremist fəaliyyətinin qarşısı alınıb.

Bildirilib ki, fevral ayında Qaraçay-Çərkəz Respublikasında, Krımda, Krasnodar dairəsində və Rostov vilayətində 19 nəfər saxlanılıb, onlar təkfirçilik ideologiyasının təbliğatından əlavə, Şimali Qafqaz ərazisində diversiya və terror aktları törətməyi planlaşdırıblar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.