Dünya

Araikin növbəti təxribatı... - Qarabağın dağlıq hissəsində rus dilinə "rəsmi status" verib

17 Fevral 2021 11:39
Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağın dağlıq hissəsində oyuncaq dövlət təsisatı quran ermənilər 44 günlük müharibədə "böyük qardaşı" Ermənistanla birlikdə acı məğlubiyyətə uğramalarına baxmayaraq, öz mövcudluqlarını qoruduqlarını göstərmək üçün müxtəlif təxribat xarakterli hərəkətlər edirlər.

Milli.Az hit.az-a istinadən bildirir ki, onların biri də budur ki, dünən qondarma "respublika"nın rəhbəri Araik Arutyunyan rus dilinin "rəsmi dövlət dili" kimi tanınması barədə "qanunu" imzalayıb.

Öz tükdən asılı mövcudluqlarını Moskvaya, Kremlə borclu olan, "sülhməramlı qüvvələr"ə güvənərək bunkerlərdən bayıra çıxıb şəhərdə hərəkət edə bilən "hökumət"in belə bir addımı, şübhəsiz ki, "lap böyük qardaş"a yarınmaq cəhdidir. Qondarma "dqr"-də Rusiyanın məhdud hərbi kontingentindən başqa rus dilində danışan bir kimsə yoxdursa, həmin "rəsmi dil" kimə nə üçün lazımdır?

Hər hansı bir status alıb-almamasından asılı olmayaraq, sülhməramlılar onsuz da öz dillərində danışırlar və erməniləri onlarla bu dildə danışmağa məcbur qoyublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.