İsrailin Müdafiə Ordusuna məxsus pilotsuz uçan aparat Fələstinin Qəzza zolağına düşüb.
Milli.Az mediapost-a istinadən məlumat verir ki, xəbər ordunun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, son zamanlar bu Qəzzaya düşən ikinci PUA-dır. Bir neçə gün əvvəl kəşfiyyat PUA-sı bölgənin şimalında yerləşən Beyt-Xanunda aşkarlanıb. Həmin aparatın fələstinli döyüşçülərin əlinə keçdiyi bildirilib.
Fevralın 1-də isə Livanın "Hizbullah" qruplaşması İsrail ordusuna məxsus PUA-nı vurduqlarını bildirmişdi. İsrail PUA-nın vurulduğunu təsdiqləmişdi.
Milli.Az