Dünya

Zərif Azərbaycandan sonra Rusiyaya getdi

26 Yanvar 2021 14:47
Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

İran və Rusiya XİN başçıları Dağlıq Qarabağ məsələsi, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı, Suriya, Əfqanıstan və Körfəzdəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Cavad Zərif yanvarın 23-24-də Bakıya səfər edib. Rusiyadan sonra İran XİN başçısı Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək.

Xatırladaq ki, bu, artıq pandemiya dövründə Cavad Zərifin Rusiyaya dördüncü səfəridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.