Dünya

Makrona qarşı aksiya: minlərlə insan küçədə...

24 Yanvar 2021 15:54
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada hökumətə qarşı yenidən etiraz aksiyası keçirilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinə və pandemiya dövründə yaranmış işsizliyə qarşı etiraz ediblər.

Minlərlə etirazçı parlamentdən Fransa Sahibkarlar Təşkilatının (MEDEF) binasına qədər yürüş edib.

Aksiya iştirakçıları ölkə Prezidenti Emmanuel Makron və hökumət əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, Ümumi İş Konfederasiyası və "Sarı jiletlilər"in dəstəklədiyi aksiyada Məğrur Fransa Partiyasının lideri Jan Lyuk Melanşon da iştirak edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.