Dünya

Boris Consonla Co Bayden arasında telefon danışığı olub

24 Yanvar 2021 13:26
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Cozef Bayden arasında onun vəzifə səlahiyyətlərinin icrasına başlamasından bəri ilk dəfə telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə baş nazirliyin ofisindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, B.Conson prezident Baydeni andiçmə mərasimi münasibətilə təbrik edib.

"Baş nazir prezidentin iqlim dəyişikliyi ilə əlaqədar Paris sazişinə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına və peyvəndlərə bərabər çıxışın təmin edilməsi üçün COVAX proqramına yenidən qoşulma qərarını alqışlayıb", - məlumatda belə deyilir.

Bildirilib ki, liderlər iki ölkə arasında potensial sərbəst ticarət razılaşmasının faydalarını da müzakirə ediblər. Bundan əlavə, Boris Conson özünün "Twitter" səhifəsində C.Baydenlə danışdığı üçün şad olduğunu, Britaniya və ABŞ arasında uzun müddətdir davam edən dostluğu daha da dərinləşdirmək üçün səbirsizliklə gözlədiyini qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.