Dünya

Ermənistanın Səhiyyə Nazirliyinin rəsmisi ölkədən qaçdı

23 Yanvar 2021 12:36
Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Liana Torosyan ölkəni tərk edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, işdən çıxarılan Torosyan bundan sonra Polşada yaşayacaq.

Liana Torosyan əvvəlcə məzuniyyət ərizəsi yazaraq Polşaya yola düşüb və daha sonra oradan qayıtmayacağını bildirib.

Nəşrin yazdığına görə, Torosyanın ölkədən getməsi gözlənilməz olub. Bir çox mənbələr onun bu addımını koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanması ilə əlaqələndirirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.