Dünya

Qorbaçovdan ABŞ-a məsləhət: "İğtişaşlardan nəticə çıxarın!"

20 Yanvar 2021 16:01
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov hesab edir ki, Vaşinqtondakı iğtişaşlar ABŞ-da sabitliyə təhlükə yaradır, ölkə rəhbərliyi başqalarına dərs vermək yerinə, onların səbəb və nəticələrini aradan qaldırmalıdır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, onun sözlərinə görə, baş verənlər həqiqətən Amerikada demokratiya və sabitlik üçün təhlükədir: "Ancaq səbəbləri, nəticələri başa düşməli, nəticə çıxarmalı olan amerikalılardır. Başqalarını öyrətmək yox, bunu yoluna qoymaq lazımdır".

Qorbaçov Amerika cəmiyyətində bu mövzunun ciddi müzakirə olunacağını inandığını vurğulayıb.

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları demokrat Cozef Baydenin seçkidə qələbə qazanmasına etiraz olaraq Konqres binasına hücum ediblər. Qiyamlarda bir polis məmuru daxil olmaqla beş nəfər həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.