Dünya

Almaniyada peyvənd olunan 10 nəfər vəfat etdi

17 Yanvar 2021 18:45
Baxış: 1 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya ölkələrində kütləvi vaksinasiya prossesinə start verilməsi ilə hansı peyvəndin daha yaxşı olması məsələsi də gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Pfizer" və "BioNTech"  şirkətlərinin istehsal etdiyi peyvəndlərin insan ölümünə səbəb olması haqlı narahatlıq yaradıb.

Almaniyada 842 nəfərə vurulan bu vaksin 10 nəfərin ölümünə səbəb olub. Daha sonra vəfat edənlərin ölüm səbəbi araşdırılıb.

Məlum olub ki, onlar 79-93 yaş aralığında olub, həssas qrupa aiddirlər. Bu insanlar əvvəllər xroniki xəstəlik keçiriblər. Onlara vurulan peyvənd isə 4 gün daha tez ölmələrinə səbəb olub.

Ümumi araşdırmalardan sonra vəfat edənlərin ölüm ayağında olduqları, sadəcə vaksinasiya vaxtı ilə üst-üstə düşdüyü bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory