Dünya

Almaniya XİN-in başçısı Misir, İordaniya və Fransadakı həmkarları ilə görüşəcək

10 Yanvar 2021 22:23
Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın xarici işlər naziri Heyko Maas 11 yanvarda Qahirədə Misir, İordaniya və Fransadakı həmkarları ilə Yaxın Şərq sülh prosesini müzakirə edəcək (Münhen formatı).

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu nazir bazar günü Misirin paytaxtına yola düşməzdən əvvəl elan edib.

"Biz konkret addımların İsrail ilə Fələstinlilər arasında etibar yaratmağa və hər iki tərəfin yaxınlaşaraq yenidən danışıqlara girməsinə imkan verəcəyini müzakirə etmək istəyirik" - Maas deyib. O, İsrail ilə bölgədəki bəzi ərəb ölkələri arasındakı münasibətlərin normallaşması prosesi nəticəsində yaranan vəziyyətdən istifadə etməyə çağırıb.

Nazir bu dörd ölkənin Yaxın Şərqdəki vəziyyətlə əlaqədar "ABŞ-ın yeni hökuməti ilə danışıqlara tezliklə başlamaq" istədiklərini də bildirib: "Vaşinqtonda hökumətin dəyişməsi ABŞ-ın bir daha israillilər və fələstinlilər arasındakı münasibətlərdə dürüst bir vasitəçi olaraq daha çox rol alması şansıdır".

"Münhen formatı" keçən ilin fevralında əmələ gəlib. Almaniya, Misir, İordaniya və Fransa xarici işlər nazirlərinin ilk görüşü Münhen Təhlükəsizlik Konfransının fonunda çıxması üçün belə adlandırılıb. İndiyə qədər dördlüyün üç görüşü baş tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.