Dünya

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və referendum başlayıb

10 Yanvar 2021 09:58
Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum bu gün yerli vaxtla saat 08:00-da başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bütün ölkə üzrə 2474 seçki məntəqəsi açılıb.

Məlumata əsasən, 3 milyon 563 min 574 seçici Qırğızıstanda keçirilən prezident seçkiləri və referendumda səs verə biləcək.

Qırğızıstan Respublikasının idarəetmə formasının seçilməsi ilə bağlı referenduma aşağıdakı məsələ təqdim olunur:

- prezident respublikası,
- parlamentli respublikası
- bütün seçimlərə qarşı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.