Dünya

İranda əhalinin 35 faizi yoxsulluq həddində yaşayır

28 Dekabr 2020 17:44
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda əhalinin 35%-i yoxsulluq həddində yaşayır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran Parlamentinin Araşdırmalar Mərkəzinin İqtisadi Araşdırmalar Ofisinin direktoru Musa Şahbazi deyib.

O qeyd edib ki, İranda son illərdə əmtəə istehlakının orta həddi əhəmiyyətli dərəcədə azalıb, həmçinin ət istehlakı azalaraq toyuq və yumurta istehlakına çevrilib. M. Şahbazi ölkədə qırmızı ət istehlakının yalnız "ayda 25 qram" olduğunu bildirərək vurğulayıb ki, 2019-cu ilin noyabrından 2020-ci ilin noyabrınadək toyuq ətinin qiyməti 84%, yumurtanın qiyməti isə 88% bahalaşıb ki, bu da həmin iki məhsulun istehlakı üçün təhlükədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.