Dünya

Çeçenistanda yeni idman kompleksinə Ramzan Kadırovun 15 yaşlı oğlunun adı verilib

27 Dekabr 2020 20:52
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmilər Çeçenistanın şərqində yerləşən bir kənddə büdcənin hesabına inşa edilən ikimərtəbəli idman kompleksinə Ramzan Kadırovun 15 yaşlı oğlu Ahmədin adını verib. Bu barədə dövlətə məxsus "Qroznı" kanalı reportaj yayıb.

"Əhməd Kadırov "Əhməd" döyüş klubunun yetişdirməsidir. O, artıq bir neçə beynəlaxlq turnirlərdə iştirak edib. O, inidyədək məğluniyyətə uğramayıb. Əhməd peşəkar səviyyədə idmanla məşğul olmaqla yanaşı dini öyrənir və təhsilində əla nəticələr əldə edir. O öz yaşıdlarına nümunə olur" - televiziyada yayımlanan reportajda deyilib. İdman kompleksinin açılış günündə binanın fasadında Ramzan Kadırovla atasının portretləri asılıb.

2016-cı ilin oktyabr ayında 10 yaşlı Əhməd Kadırov və qardaşlarının Qroznıda MMA qarışıq döyüş növləri üzrə turnirdə iştirak etməsi Rusiyanın idman sahəsində qalmaqala səbəb olmuşdu.

Rusiya MMA-nın prezidenti Fedor Yemelyanenko həmin döyüşləri tənqid etdiyi üçün çoxsayda təhdidlər alıb, Moskvada isə onun qızına hücum ediblər. Kadırov o zaman Yemelyanenkonun qızına hücum edənlərin "ağır şəkildə" cəzalandırılmasına çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.