Dünya

Hasan Kartal: “Qarabağ hər bir türkün məsələsidir” - VİDEO

26 Dekabr 2020 18:57
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CBC Sport kanalında efirə gedən "Türkiyədən futbol" verilişində qonaq olan Super Liqa təmsilçisi "Ç.Rizəspor" klubunun prezidenti Həsən Kartal Azərbaycanın İkinci Vətən müharibəsində qazandığı qələbə münasibətilə xalqımıza təbriklərini çatdırarkən göz yaşlarına hakim ola bilməyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Klub prezidenti deyib ki, Qarabağ mövzusu, sadəcə, Azərbaycanın deyil, hər bir türkü maraqlandıran məsələdir:

"Ona görə də, qazanılan zəfər hər bir türkü çox sevindirib. Siz və biz deyə ayrı-seçkilik yoxdur, hamımız birik. Milli məsələ olduğu üçün bu mövzuda danışarkən özümü saxlaya bilmirəm, qəhərlənirəm. İnşallah bundan sonra türk milləti heç zaman zərər görməz, dünyada ancaq uğur qazanar. Azərbaycanda və ya Türkiyədə yaşayan türk deyə bir şey yoxdur. Türklər bütövdür, birdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.