Dünya

COVID-19: Fransada gündəlik 12 minə yaxın yeni yoluxma qeydə alınıb

23 Dekabr 2020 18:54
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada COVID-19 infeksiyasına gündəlik 11 795 yeni yoluxma və xəstəxanalarda 386, qocalar evlərində isə 421 ölüm faktı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, son sutkada xəstəxanalara 1 776 xəstə, reanimasiya şöbələrinə isə 256-ı ağır xəstə yerləşdirilib. Xəstəxanalara gündəlik yerləşdirilmə son ayda pik nöqtəsinə çatdığı bildirilir.

Ölkədə pandemiya başlayandan ümumi yoluxma sayı 2 490 946-ya, ölüm sayı isə 61 702-yə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.