Fransada COVID-19 infeksiyasına gündəlik 11 795 yeni yoluxma və xəstəxanalarda 386, qocalar evlərində isə 421 ölüm faktı qeydə alınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilir ki, son sutkada xəstəxanalara 1 776 xəstə, reanimasiya şöbələrinə isə 256-ı ağır xəstə yerləşdirilib. Xəstəxanalara gündəlik yerləşdirilmə son ayda pik nöqtəsinə çatdığı bildirilir.
Ölkədə pandemiya başlayandan ümumi yoluxma sayı 2 490 946-ya, ölüm sayı isə 61 702-yə çatıb.
Milli.Az