Dünya

Gürcüstan müasir silahlar alacaq

22 Dekabr 2020 18:25
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan yaxın gələcəkdə müasir silahlar almağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri İrakli Qaribaşvili parlamentdəki komitə iclasında danışıb.

"Gürcüstanın hava hücumundan müdafiə imkanlarını inkişaf etdirməyə davam edəcəyik. 2018-ci ildə Fransa layihəsinin birinci mərhələsi başa çatdı və hava idarəetmə radarları, səyyar komanda məntəqəsi, habelə üç növ zenit-raket kompleksi aldıq. 2021-ci ildə bu layihənin ikinci mərhələsi başa çatacaq. Bu yaxınlarda israilli tərəfdaşlarımızla "Rafael" zenit sistemini yeniləmək və tamamilə modernləşdirmək üçün müqavilə imzaladıq. Eyni zamanda müasir portativ zenit raket sistemlərini də satın almağı planlaşdırırıq", - gürcüstanlı nazir bildirib.

Bundan əlavə, o, yeni tank əleyhinə sistemlər alındığını da elan edib:

"Gələn il həm də tank əleyhinə sistemlərin gücləndirilməsini planlaşdırırıq. Bildiyiniz kimi, Gürcüstan artıq ortaqlarından "Javelin" tank əleyhinə kompleksinin bir partiyasını almışdı və 2021-ci ildə strateji tərəfdaşımız ABŞ-ın da iştirakı ilə tank əleyhinə müdafiəni gücləndirmək məqsədi ilə əlavə bir partiyanın alınması planlaşdırılır. Əlavə qısa mənzilli tank əleyhinə sistemlər də alınacaq".

O bildirib ki, həmçinin hərbi aviasiya donanmasının modernləşdirilməsi və yeni atəşə nəzarət sistemlərinin alınaraq topçu bölməsinin gücləndirməsi planlaşdırılır:

"2021-ci ildə operativ-taktiki, kəşfiyyat və döyüş üçün pilotsuz dronlar alacaq və topçu bölməsini müasir pilotsuz təyyarələrlə təchiz edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.