Dünya

Erməni keşiş Paşinyanın qatıldığı anım mərasimində iştirakdan imtina etdi

8 Dekabr 2020 09:06
Baxış: 1 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1988-ci il dekabrın 7-də baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü münasibətilə Nikol Paşinyan fəlakət qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etmək üçün Gümrü, Spitak, Vanadzor şəhərlərinə, Şirakamut kəndinə səfər edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, Erməni Apostol Kilsəsinin Şirak piskoposluğunun baş yepiskopu, arxiyepiskop Mikael Adjapaxyan baş nazirin qatıldığı anım mərasimində iştirakdan imtina edib.

Keşiş bildirib ki, Paşinyanın səfəri onun üçün arzuolunmazdır, xoşagəlməzdir: "Ona görə də Paşinyanın qatıldığı mərasimdə xidmətdən imtina etdim. Bu, hər hansı bir din xadiminin haqqıdır. Ruhani kimsənin xahişi ilə heç bir yerdə xidmət etmək məcburiyyətində deyil". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.