Cəmiyyət

İtkin şəhid Sumbat Əliyevin vida mərasimi keçirilib - Yenilənib - VİDEO- FOTO

29 Avqust 2025 14:48
Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Əliyev Sumbat doğulduğu Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında hərbi orkestrin dövlət himninin sədaları altında torpağa tapşırılıb.

Mərasimdə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin doğmaları və kənd sakinləri iştirak edib.

13:33

Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları Füzuliyə gətirilib.

Trend xəbər verir ki, Əliyev Sumbat Nüdrət oğlu Birinci Qarabağ müharibəsində -1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab edilib, lakin sonradan nəşi tapılıb.

Xəbər yenilənəcək

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.