Dünya

Yerevanda Paşinyanın istefasını tələb edənlər yürüş keçirir - VİDEO

2 Dekabr 2020 21:50
Baxış: 1 768

İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət yürüş keçirir.

Milli.Az xəbər verir ki, görüntüləri Telegram kanalları yayımlayır.

Müxalif "Daşnaksütyun" partiyasının gənclər birliyinin təşkil etdiyi aksiya bəstəkar Aram Xaçaturyanın abidəsi önündə başlayıb. Polis etirazçıların hərəkətlərinə qarışmır, yalnız nəqliyyatın hərəkətinə müdaxilə etməmələrini təmin edir, saxlanılanlar yoxdur. İştirakçılar Ermənistan baş nazirini xəyanətdə günahlandıran şüarlar səsləndirirlər.

Yürüş başlamazdan əvvəl "Daşnaksütyun" partiyasının nümayəndəsi Artsvik Minasyan cümə axşamı müxalifətin "qəti hərəkətlərinin yol xəritəsini" dərc etməyi planlaşdırdığını söylədi.

Bundan əvvəl "Çiçəklənən Ermənistan" müxalifət partiyasından millət vəkili İveta Tonoyan 5 dekabrda "ümumxalq mitinqi" nin planlaşdırıldığını elan etmişdi.

Aksiya iştirakçıları Paşinyanın Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən istefasını tələb edirlər. Ermənistan Xüsusi İstintaq Xidməti "Qanunla müəyyən olunmuş qaydaları pozaraq məclis təşkil etmək və keçirmək" maddəsi ilə cinayət işi açdı, ən yüksək sanksiya iki aylıq həbsi nəzərdə tutur.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.